Barış Mançonun oğlu Doğukan Manço döyüldü
04 May 2014 Bazar 15:24
Barış Mançonun oğlu Doğukan Manço artıq səhnəyə çıxmayacağını deyib.
Türkiyənin mərhum müğənnisi Barış Mançonun oğlunu döyüblər. ANS PRESS-in məlumatına görə, Barış Mançonun oğlu Doğukan Manço səhnəyə çıxdığı restoranın sahibi və mühafizə xidməti tərəfindən döyülüb.
Manço döyülməsi barəsində öz Twitter səhifəsində məlumat paylaşıb: “Səhnəyə çıxmayacam. Səhnəyə çıxdığım restoranın sahibi və mühafizə xidmətinin işçiləri bu gecə məni döydülər. Məni xəstəxanaya apardılar. Səs məşqi edirdim. Məni səhnədən uzaqlaşdırdılar. Daha sonra yenidən ora çıxmağımı tələb etdilər. Sonra məni döydülər. Dostlar indi mən yaxşıyam”.
DOSTLARINLA PAYLAŞ: