Barak Obama “Bəyaz şou”nun qonağı olacaq
02 Aprel 2009 Cümə Axşamı 13:05
ABŞ prezidenti Barak Obama Türkiyəyə səfəri zamanı “Kanal D” televiziyasında yayımlanan şou proqrama qatılacaq.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, B. Obama məşhur şoumen Bəyazit Öztürkün hazırladığı və apardığı “Beyaz Show” proqramının qonağı olacaq. Bu qərarın B. Obamanın dünyada ABŞ-ın imicini yaxşılaşdırmaq strategiyası çərçivəsində verildiyi bildirilir. ABŞ tərəfi prezidentin Türkiyədə xüsusən gənclər tərəfindən çox izlənilən populyar bir televiziya proqramına qatılmaq istəyini nəzərə alaraq bu məqsədlə Bəyazın şousunu seçib. Ancaq proqram canlı olmayacaq.

Xatırladaq ki, ABŞ dövlət katibi Hillari Klinton da Türkiyəyə son səfəri zamanı NTV kanalında 4 qadının hazırladığı və apardığı “Haydı, gəl bizimlə ol” adlı proqramın qonağı olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar