Baloğlan Əşrəfov konserti
11 Aprel 2009 Şənbə 18:44
Əməkdar artist Baloğlan Əşrəfov aprelin 21-də Heydər Əliyev Sarayında “Nədəndir” adı altında solo-konsert proqramı ilə çıxış edəcək.
Konsertin təşkilatçısı “Səs Organization”un direktor müavini Tahirə Allahverənzadənin APA-ya verdiyi məlumata görə, artıq konsertin biletləri satışa çıxarılıb. B. Əşrəfovun konsertinin biletləri 20-75 manat arasındadır: “Xalqımızın sevimlisi olan Baloğlan Əşrəfov iki saatdan artıq pərəstişkarlarının qarşısında canlı çıxış edəcək. Repertuarındakı həm köhnə, həm də yeni mahnılara yer ayıracaq. Konsertin çox yüksək səviyyəli və sürprizlərlə dolu keçəcəyinə ümid edirik. Çünki Baloğlan Əşrəfov həqiqətən də xalqın sevimli sənətçisidir”. T. Allahverənzadə bildirib ki, konsert boyu onu musiqiçilər, gənc tar və kaman ifaçıları müşayiət edəcək. Konsertdə B. Əşrəfovun sənət dostlarının da iştirakı nəzərdə tutulur.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar