Baloğlan Əşrəfov:
24 Mart 2012 Şənbə 14:36
Əməkdar artist heç zaman fonoqramdan istifadə etmədiyini deyir.
"Nə qədər nəfəsimdə can var, nə qədər nəfəsim gedib-gəlir, canlı oxuyacam!". Bu sözləri ANS PRESS-ə açıqlamasında əməkdar artist Baloğlan Əşrəfov deyib.
Toy şənliklərinə tələbatlı müğənni kimi tanınan əməkdar artist heç zaman fonoqramdan istifadə etmədiyini deyir: "Elələri var, qoltuğuna 2 kaset vurub məclisi yola verir. Mən nə toylarda, nə də ki, konsertlərdə belə şeylər etmərəm. Nə qədər nəfəsimdə can var, nə qədər nəfəsim gedir gəlir, canlı oxuyacam!
DOSTLARINLA PAYLAŞ: