Bakıda bu qədər maraqla qarşılanacağımı bilmirdim
11 Mart 2011 Cümə 18:31
"Azərbaycana ilk dəfə gəlmişəm və bura gəldiyimə görə çox şadam"
Məşhur türk serialı “Aşk-ı Memnu”dan Azərbaycan tamaşaçısına tanış olan “Behlül”, yəni aktyor Kıvanç Tatlıtuğ Azərbaycana gəlib. ANS PRESS-in məlumatına görə, aktyor martın 18-dən aprelin 26-dək Bakıda təşkil ediləcək “İstanbul Shopping Festivalı”nın (İstanbul Yarmarka Festivalı) tanıtımı məqsədilə keçirilən mətbuat konfransına qatılıb.
Aktyor jurnalsitlərə açıqlamasında bildirib ki, Bakıya ilk dəfə gəlib və bura gəlməkdən çox məmnundur. Kıvanc Tatlıtuğ qeyd edib ki, “İstanbul Shopping Festivalı”nın Orta Şərq üzrə nümayəndəsi seçilməsində heç bir maddiyyat güdməyib.
O, jurnalistlərin Hollivuda dəvət alması barədə sualına cavab olaraq bildirib ki, bu yaxınlarda məşhur rejissor Ceyms Kameronla görüşsə, belə bir dəvət almayıb.
“Ümumiyyətlə, qabaqcadan danışmağı sevmirəm”, deyə aktyor vurğulayıb.
Kıvanc Azərbaycanda çox böyük maraqla qarşılandığını və bunu gözləmədiyini də açıqlayıb.
Sonda məşhur aktyor Azərbaycanda kinoya çəkilməyə dəvət alarsa, çox məmnun olacağını qeyd edib.
DOSTLARINLA PAYLAŞ: