Azərin barədə deyilənlər doğru çıxmadı
04 Dekabr 2009 Cümə 23:45
Azərin barədə deyilənlər doğru çıxmadı. Müğənni yeni albom üzərində işləmir.
Müğənni Azərinin 16 mahnıdan ibarət albom çıxarmağa hazırlaşdığı xəbəri yayılıb. Lakin müğənninin köməlçisi bunu təsdiqləməyib. "Bilmirik bu xəbəri haradan götürüblər. Düzdür, Azərin xanım yeni mahnılar üzərində işləyir, amma aparıcılıq fəaliyyəti ilə bağlı vaxt azlığından yeni albomdan hələ söz gedə bilməz", - deyə müğənninin köməkçisi bildirib.

Qeyd edək ki, əməkdar artist Azərinin Türkiyənin TRT AVAZ kanalında aparıcısı olduğu "Azerinle Esintiler" proqramı 2010-cu ilin ilk ayında canlı yayımlanacaq. Proqram bu vaxta qədər hər cümə, Türkiyə vaxtı ilə saat 21:25-də əvvəlcədən aparılmış çəkilişlə efirə gedib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar