İfaçı Azəri qızı Günel İbrahim Tatlısəsin mahnılarına yeni nəfəs verəcək.
Azərbaycanın və Türkiyənin tanınmış müğənnisi Azəri qızı Günel (Günel Zeynalova) yeni mahnısını dinləyicilərinə təqdim edib. ANS PRESS-in məlumatına görə, “Divanə” adlanan musiqi nömrəsi dünəndən etibarən, yəni 12.12.12 tarixindən “Youtube”da yerləşdirilib.
Günelin yenilikləri bununla bitmir. Müğənni müəllimi İbrahim Tatlısəsin mahnılarını oxuyacaq. "İbrahim bəy köhnə mahnılarını mənə etibar edib. "İmperator"dan yaxşı oxumasam da, özüməməxsus səsləndirməyə çalışıram", - deyə Günel bildirib.