Türkiyədə yaşayan həmyerlimiz, müğənni Günel Zeynalova (Azəri Günel) Ramazan ayında yaman əziyyət çəkir.
Qardaş ölkədən Milli.Az-a telefonla açıqlama verən müğənni oruc tutduğu üçün isti yay günlərində gücdən düşüb."İstidə oruc tutmaq daha çox savabdır. Düzdür, rahat keçirirəm. Yənı yemək istəmirəm. Amma susuzluğa dözə bilmirəm. Ürəyim sudan başqa heç nə istəmir. Susayıram çölə çıxanda. Sonra fikirləşirəm ki, bu insanlar Məkkəyə necə gedib-gəlirlər? Allah hamımızın köməyi olsun.Bizdə, demək olar ki, hər kəs oruc tutur. Atam bir az nasazdır, dərman içir. Ona görə bu il tuta bilmədi. Amma qəza günlərini mütləq tutacaq. Qardaşım Tunar, bacım Müşərrəf hər il tuturlar, anam da onlar kimi. Atam bizim iftarı hazırlayır. O da bir savabdır. Mən özüm isə 15 yaşımdan tuturam, özü də hər il. Nə qədər çətin olsa da, bu ayı çox sevirəm. Allahım çox böyükdür. O, heç vaxt məni darda qoymayıb. İnanın, nə niyyət eləmişəm, Tanrı mənə qismət edib”.Əldə etdiyimiz məlumata görə, Günel hər gün iftarını nişanlısı ilə birgə açır. Onlar hazırda çox xoşbəxtdirlər. Ancaq müğənni şəxsi həyatı ilə bağlı açıqlama verməkdən boyun qaçırdı. Günelin sözlərinə görə, o danışdıqca gözə gəlir: “Mən özəl həyatımla bağlı artıq danışmayacağıma söz verdim. Onsuz da insanlar öz istədiklərini danışırlar. Artıq danışılanlara fikir vermirəm. Əsas odur ki, mən Allahımın qarşısında təmizəm”.Günel bir az da yaradıcılığına toxundu: “Əvvəldən demək heç vaxt mənə düşməyib. İndi də danışmağa qorxuram. Sadəcə, onu deyə bilərəm ki, möhtəşəm bir layihə üzərində çalışıram. Nə olduğunu hələ açıqlamıram. Amma çox böyük və gözəl bir layihədir”.
Sonda Günel onu da bildirdi ki, bu yaxınlarda onun Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsini sındırmışdılar: “Özünə hörmət qoyan bir şəxs belə hərəkət etməz. Səhifəmə hücüm etmişdilər. Şifrəmi də dəyişmişdilər. Bunu edən azərbaycanlı bir oğlan idi. Amma çox şükür ki, ala bildik onun əlindən. Mənim adımdan lazımsız videolar paylaşırdı. İndi səhifəm yenidən mənə qayıdıb.