Azərbaycanlı stilist Samir Əliyevə Fransadan iş təklifi
22 May 2010 Şənbə 18:45
Azərbaycanlı stilist Samir Əliyev nə edəcəyini bilmir.
Tanınmış stilist Samir Əliyev Fransanın məşhur "Kenzo" şirkətindən təklif alıb. Stilistin ANS PRESS-ə verdiyi məlumata görə bu təklif ona dünya şöhrətli moda evinin nümayəndəsi tərəfindən edilib.
Belə ki,ötən həftə İçərişəhərdə yerləşən qədim Kiçik Karvansarayda "Kenzo"nun Azərbaycandakı rəsmi distributor "R.A.R" şirkəti "Kenzo" moda evinin yaz-yay kolleksiyasına həsr edilmiş moda nümayişini təşkil edib. “Səhraya səyahət” adlı nümayişdə dünya şöhrətli dizayner Antonio Marrasanın əl işləri nümayiş edilib.
Podiuma çıxan fransalı modellərin vizajı azərbaycanlı stilist Samir Əliyevə həvalə edilib. Stilistin sözlərinə görə, nümayişə bir ay qalmış ona müraciət edilib. Samir Əliyev öz işlərini internet vasitəsilə onlara göndərib. Stilistin əl işlərini bəyənilib. Nümayişə bir həftə qalmış Bakıya gələn "Kenzo" şirkətinin əməkdaşları bu müddət ərzində Samir Əliyevə "master klass" kursları keçiblər.
Samir Əliyev "Kenzo" şirkəti tərəfindən yüksək məbləğdə qonarar da aldığını bildirib: "Modellərin vizajına görə mənə yüksək qonarar ödənilib. Hər halda, Azərbaycanda heç bir stilist bu məbləğdə qonarar almayıb. Amma deyərdim ki, bir həftəlik "master klass" kurslarında fransızlardan öyrəndiklərim daha dəyərlidir".
Stilistə fəaliyyətini Fransada davam etdirmək təklif edilib: "Mənə Fransada bir neçə iş təklif etdilər. Təklif məni qürurlandırdı. Çünki fransızlar belə məsələlərdə çox həssasdırlar, hər vizajistin işini bəyənmirlər. Amma hələ ki, nə edəcəyimi bilmirəm",-deyə vizajist hələlik qərar qəbul etmədiyini söyləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: