Elçilərimin sayı artıb.
Tanınmış müğənni Milanın “Yaşandı” klipi Türkiyənin TMB kanalında yayımlanmağa başlayıb. Müğənni ANS PRESS-ə açıqlamasında bildirib ki, onun “Yaşandı” klipi TMB kanalında yaımladıqdan sonra qardaş ölkədən onunla maraqlanmağa başlayıblar:
“Mənim “Yaşandı” klipim TMB-də yayımlanandan sonra Türkiyədən çoxlu təşəkkür mesajları alıram. İnanın ki, bunu elə-belə reklam xatirinə demirəm. Hətta Türkiyədən mənim nömrəmi tapıb çoxlu təşəkkür mesajları yazanlar da var. Bu klipim üzə çıxandan bəri başıma bəla olub. Mahnını, ifamı, klipi bəyənmələri bir yana, elçilərimin də sayı artıb”.