Azərbaycanlı müğənninin qızı İsveçrə vətəndaşı olub
12 Yanvar 2012 Cümə Axşamı 11:17
Almaz Ələsgərlinin böyük qızı Mədinə İsveçrədə tibb sahəsində təhsil alır.
Əməkdar artist Almaz Ələsgərlinin böyük qızı Mədinə artıq karyerasını İsveçrə ilə bağlayıb. Sənətçinin orada təhsil alan övladı tibb sahəsini seçib. Bunun üçün o, İsveçrənin vətəndaşlığını da qəbul edib. Bakıya az-az gəlib gedən Mədinənin peşəsi barədə anası milli.az-a danışıb:

"Qızım həkim kimi yetişir. Artıq uzun illərdir orada təhsil alır və püxtələşir. Bacarıqlıdır və təhsilinə ciddi yanaşır. Onun bu bacarığı məni çox sevindirir. Artıq içveçrəlilərlə öz dillərində sərbəst danışa bilir. Təhsilini başa vurmasına az qalır. Sonra qalıb orada işləyəcək. İmkan olanda Bakıya gələcək. Biz də imkan tapan kimi ona baş çəkirik", - deyən Almaz xanım kiçik qızı Əminədən də söz açdı. Dedi ki, Mədinədən fərqli olaraq kiçik bacı karyerasını məhz Azərbaycanda qurmağa qərarlıdır.

"Turizm sahəsində yetişir. İşi ilə bağlı səfərləri ola bilər, amma xaricdə yaşamağı düşünmür", - deyən Almaz xanım bir neçə il əvvəl ailə qurub boşanan qızlarının qapısını döyənlərin çox olduğunu bildirdi. Amma əməkdar artist uğursuz nikahın təzələnməməsi üçün qızlarının ikinci ailə həyatına tələsmədiklərini bildirdi. O hər ikisi üçün karyeranın daha öndə olduğunu bildirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar