Azərbaycanlı müğənni zəhərləndi
20 Noyabr 2012 Çərşənbə Axşamı 16:27
Manaf Ağayev: "Pomidor turşusu yedim, halım pisləşdi"
Azərbaycanlı müğənni Manaf Ağayevin səhhəti pisləşib. SİA-ya açıqlama verən müğənni pomidor turşusundan zəhərləndiyini deyib:

“Dünən məni verilişlərin birinə dəvət etmişdilər. Verilişin başlamasına 1 saat qalmışdı ki, yediyim pomidor turşusundan zəhərləndim, halım pisləşdi. Efirə çıxa bilmədim. Mədəmin yuyulmasından sonra özümə gəldim. Şükürlər olsun ki, hazırda yaxşıyam”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar