Azərbaycanlı müğənni qarət olunub
17 Mart 2012 Şənbə 12:32
Xatirə İslamın 20 min manatlıq üzüyü oğurlandı
Tanınmış müğənni Xatirə İslam qarət olunub. ANS PRESS-in məlumatına görə, ifaçı yerli telekanallardan birinə açıqlamasında üzüyünün evindən oğurlandığını söyləyib:
"Açığı, bunu kimlərin edə biləcəyilə bağlı şübhələrim var. Amma o adamların hamısını ətrafımdan uzaqlaşdırmışam. Bilmirəm, üzüyü satıblar, ya yox, amma onun qaytarılmasını istəyirəm. Üzüyün sertifikatı, pasportu məndədir", - deyə Xatirə İslam bildirib.
Xatirə polisə şikayət etmək fikrində olmadığını, hətta üzük satılıbsa, onun geri qaytarılması üçün pul ödəməyə hazır olduğunu da deyib: "O, üzük mənim üçün çox qiymətlidir. Onun qiyməti 1 manat da olsaydı, 100 min manat da olsaydı, onu axtarardım. Kim onu alıbsa, gəlsin neçəyə alıbsa həmin pulu ödməyə hazıram..."
DOSTLARINLA PAYLAŞ: