Azərbaycanlı müğənni özünə ikinci bahalı avtomobil aldı.
“Əsas odur ki, həm birinci avtomobilimi, həm də “qırmızı rəfiqəmi” yaradıcılığımdan qazandığım pullarla almışam”.
Yaradıcılığı ilə yanaşı, şəxsi həyatında baş verən hadisələrlə daim medianın diqqət mərkəzində olmağı bacaran tanınmış estrada müğənnisi Ayan Babakişiyeva özünə yeni avtomobil alıb.
Milli.az-ın məlumatına görə, müğənni “qırmızı rəfiqəm” dediyi “Hyundai Genesis Coupe” markalı avtomobilini göstərmək üçün “Dağüstü park”da çəkilişə şərait yaradıb.
Ayan “qırmızı rəfiqəsi” haqqında bunları söylədi: “Baxmayaraq ki, ötən ilin buraxılışı olan “Land Cruiser Prado” avtomobilim var, mən “Genesis Coupe”nin yolunu düz iki ildir gözləyirdim. Birbaşa istehsal olunduğu zavodundan gətirtdim, 2012-ci il buraxılışıdır. Açığı, məhz al qırmızı rəng istədiyimə görə bir az gec reallaşdı. Əsas odur ki, həm birinci avtomobilimi, həm də “qırmızı rəfiqəmi” yaradıcılığımdan qazandığım pullarla almışam. Düzdür, eyni vaxtda iki maşına baxmaq hər mənada çətin olsa da, bunun öhdəsindən gəlməyə çalışacağam. Qiymət açıqlayıb öyünmək istəmirəm. Allah hamıya qismət eləsin”.