Azərbaycanlı müğənni Fashion TV-nin gecəsində iştirak edib
14 İyun 2012 Cümə Axşamı 10:54
Seyran "İ love you "Fashion TV" gecəsində koncert programı ilə çıxış edib
Bir müddət öncə Gürcüstanın Tiflis şəhərində ölkəmizi layiqince təmsil edən iddialı müğənni Seyran yenicə səfərdən qayıdıb. ANS PRESS-in məlumatına görə, Seyran Fashion TV və "MAXIMUM Concerts Company"nın təşkil etdiyi "İ love you "Fashion TV" gecəsinin çəkilişlərində koncert programı ilə çıxış edib. Ayrı-ayrı ölkələrin tanınmış modelyerləri, modelləri, televiziya nümayəndələri, sənət adamlarının qonag olduğu gecədə həmyerlimizin cıxışı uğurla qarşılanıb.

Seyran səfər təəsüratlarını bizimlə bölüşdü: "Mən ümumiyyətlə hər dəfə xarici ölkələrdə səhnə alarkən bu işə məsulliyətlə yanaşıram. Nəyi necə oxumağımı danışacağımı dəfələrlə düşünürəm. Artıq ikinci dəfədir bu ölkədə çıxış edirəm. Daha dəqiq, 2 il fəaliyyət göstərdiyim NEXT qrupu ilə birlikdə koncertlə çıxış etmisdik. Çox sevinirəm ki, solo karyeraya basladığım bu müddətdə də tək başıma auditoriyanın qarşısında yaxşı nəticələr əldə etmişəm."


DOSTLARINLA PAYLAŞ:

oyunlar