Azərbaycanlı müğənni
23 İyul 2012 Bazar Ertəsi 09:43
Aysel Əlizadə özünü səsi ilə müsuqi müsabiqəsinə tam hazır görür.
Azərbaycanlı müğənni "Eurovision"a iddia edir. Hələlik milli seçim turlarına qatılmaq istəyənlərin siyahısı bəlli olmasa da, iddialı sənətçilərdən birinin adını öyrənə bildik. İki illik fasilədən sonra yenilənmiş repertuarla sənətə qayıdan gənc müğənni Aysel Əlizadə özünü səsi ilə "Eurovision" səhnəsinə tam hazır görür. Ali musiqi təhsili aldığını xatırladan müğənni Milli.Az-a açıqlamasında bunu vacib amillərdən biri kimi qeyd etdi. Müsabiqənin şərtlərinə gəlincə:

"İngilis dilini öyrənirəm. Bu, nəinki "Eurovision" səhnəsi üçün, bir çox məqamlarda vacibdir. Rəqs etməyi bacarıram. Bunu yalandan qol qaldırım oynayım səviyyəsində etmirəm", - deyən sənətçi əcnəbi ulduzları həddindən çox izlədiyini bildirdi. Onlarla ünsiyyətdə ola bilməsə də, onlar kimi səhnə performansı göstərə biləcəyini iddia etdi.

"Arabir Türkiyəyə gedirəm. Türk sənətçilərinin konsertini çox izləyirəm. Bir neçə dəfə dostların təkidi ilə azərbaycanlı sənətçi kimi səhnəyə dəvət olunmuşam. Orada bizim sənətçilərin səsinin gözəl olduğunu etiraf edənlər çox olub. Məndən "Eurovision"a qatılmaq fikrimin olub-olmadığını xəbər alırlar. Ümid edirəm, bu şansı qazananlardan biri mən olacam", - deyə gənc sənətçi bildirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar