Azərbaycanlı modelin ərini barda pul əvəzinə girov saxladılar
15 Yanvar 2013 Çərşənbə Axşamı 13:52
Tolqa Karel barda içdiklərinin pulunu vermək istəməyib
Azərbaycanlı model Günay Musayevanın əri, aktyor Tolqa Karelin başına iş gəlib. ANS PRESS-in Türkiyənin "Günaydın" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə ötən axşam İstanbulun Taksim meydanındakı barlardan birində baş verib. Tolqa Karel gecə yarısına qədər barda içki içib. Hesab gələndə isə aktyor üstündə pul olmadığını deyib: "Mən Tolqa Kareləm. Məni hamı tanıyır. Pulu sonra gətirəcəm".
Lakin barın sahibləri Tolqa Karelə güzəşt etməyiblər və onu səhər saat 07.30-da qədər barda saxlayıblar. Nəhayət, aktyor deyib ki, yanında bank kartı var və bankomatdan pul çıxara bilər. Bundan sonra barın iki mühafizəçisi ilə gedən Tolqa Karel bankomatdan pul çıxararaq hesabı ödəyib.
DOSTLARINLA PAYLAŞ: