Azərbaycanlı cazmen Fransada konsert verib
01 Sentyabr 2011 Cümə Axşamı 02:14
Şahin Növrəsli xalq mahnılarını caz üstündə ifa edib
Parisin Xl rayonunun bələdiyyə idarəsinin təşəbbüsü ilə keçirilən musiqi festivalında müxtəlif ölkələrin musiqiçiləri çıxış ediblər. Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı sayəsində festivalda ölkəmizi İsveçrənin Monterey şəhərində keçirilmiş beynəlxalq caz fetivalının laureatı gənc cazmen Şahin Növrəsli təmsil edib.

Avqustun 31-də bələdiyyə binasında tələbkar fransız musiqisevərləri qarşısnda solo konserti ilə çıxış edən Şahin Növrəsli xalq mahnılarını caz üstündə məharətlə ifa edib. Gənc cazmenin improvuzə etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Ş.Növrəslinin hər çıxışı sürəkli alqışlara səbəb olub.

Səfir Elçin Əmirbəyov, fransız ictimaiyyətinin nümayəndələri, diasporumuzun təmsilçiləri və tələbələr konsertin tamaşaçıları arsında olublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar