Azərbaycanlı aktrisa ikinci dəfə ailə quracaq?
26 May 2012 Şənbə 11:12
“Hər evin kişiyə ehtiyacı var”.
Xalq artisti Məleykə Əsədova televiziya proqramlarından birində şəxsi həyatından danışıb. ANS PRESS-in Day.Az-a istinadən verdiyi məlumata görə, aktrisa onunla ailə qurmaq istəyən çoxlu sayda insanın olduğunu söyləyib: “Bu haqda həmişə düşünürəm. Hər evin kişiyə ehtiyacı var. Odur ki, son zamanlar bu haqda daha çox düşünməyə başlamışam. Artıq bir dəfə bu addımı atmışam. Odur ki, bu dəfə daha yaxşı fikirləşməliyəm. Necə deyərlər, yüz ölç, bir biç. Sevgi dəvət gözləmir. Onun nə zaman gələcəyini bilmək olmur”.
Xatırladaq ki, M.Əsədovanın ilk nikahdan bir qızı var.
DOSTLARINLA PAYLAŞ: