Azərbaycanın xalq artisti ürəyindən əməliyyat olundu
25 Noyabr 2012 Bazar 23:32
Ramiz Məlikovun ürəyin 4 damarı dəyişdirilib
Azərbaycan Respublikasının xalq artisti Ramiz Məlikov noyabrın 24-də ürəyin işemik xəstəliyi və ağır ürək çatışmazlığı diaqnozuyla Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib.
Milli.az-ın məlumatına görə, həmin gün ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi altında açıq ürək əməliyyatı icra olunub və ürəyin 4 damarı dəyişdirilib. Hazırda xalq artisti reanimasiya şöbəsindədir, həkimlər vəziyyətinin kafi olduğunu bildirirlər.
DOSTLARINLA PAYLAŞ: