Azərbaycanın xalq artisti Arif Quliyevin səhhəti pisləşib, aktyor xəstəxanaya yerləşdirilib
03 Sentyabr 2012 Bazar Ertəsi 11:51
Azərbaycanın xalq artisti Arif Quliyevin səhhətində problem yaranıb.
APA-nın Aran bürosunun xəbərinə görə, dünən gecə saat 23.00 radələrində Ağcabədi rayonuna yas mərasiminə gedən xalq artistinin səhhəti Ucar-Zərdab avtomobil yolunda qəflətən pisləşib. Arif Quliyev yaxınlıqdakı Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Ruslan Nemətov APA-ya Arif Quliyevin tibb müəssisəsinə hipertonik-kriz diaqnozu ilə daxil olduğunu bildirib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti normallaşandan sonra Arif Quliyev təcili yardım maşını ilə Bakıya yola salınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar