Ötən gün şəhər restoranlarının birində yenicə əməkdar artist fəxri adını alan klassik və bəstəkar mahnıların mahir ifaçısı Zaur Əmiraslanov möhtəşəm toy çaldıraraq, subaylığa əlvida deyib. Milli.az-ın məlumatına görə, öncə jurnalistlərin sevincli gününü işıqlandırmasına tərəfdar olmayan Zaur, nədənsə restoranda fikrindən daşınıb və toyda çəkiliş aparmağa razılıq verib.
Məclisi aparmaq Əmiraslanovun illərdən bəri dostluq etdiyi müğənni Elnur Quliyevə həvalə olunsa da, bəy kürsüsündə əyləşən komplekssiz səbəbkar yenilik edərək toyuna dəvət etdiyi fəxri qonaqları özü təqdim edib və tamadalıq missiyasını mükəmməl qaydada yerinə yetirdi.
31 yaşı olan Əmiraslanovun evləndiyi 21 yaşlı xanımın adı Minarədir.