Azərbaycanın əməkdar artisti üçüncü dəfə ana oldu
11 Yanvar 2012 Çərşənbə 14:19
...bunu bütün qadınlara arzu edirəm".
Əməkdar artist Gülyanaq Məmmədova növbəti dəfə ana olub. “Azadinform”un məlumatına görə, bu gün səhər saatlarında müğənninin oğlan övladı dünyaya gəlib. Körpənin normal dünyaya gəldiyini deyən əməkdar artist ana olmasının sevincini bölüşüb:
"Özümü çox yaxşı, gözəl edirəm, uşaq da yaxşıdır və yanımdadır. Allahıma çox şükür ki, ana olmaq xoşbəxtliyini yenidən mənə yaşatdı. Ana olmaq gözəl hissdir, bunu bütün qadınlara arzu edirəm".
5 yaşlı Səidə adlı qız, 4 yaşlı Miryaqub adlı oğlan övladı olan ifaçı doğulacaq körpənin adının da artıq qoyulduğunu dedi: “Bu oğlumun da adı Fikrət olacaq - qayınatamın adıdır. Bir qızımız, bir oğlumuz var, amma qayınatamın adını övladlarımdan birində yaşatmaq ürəyimdə qalmışdı. Qayınatam rəhmətə gedib, görməmişəm, amma yuxuma gəlib mənə xeyir-dua verib. Mən öz istəyimlə bu uşağı ona görə dünyaya gətirirəm ki, həm qayınatamın adını yaşadım, həm də evimizdə bir Fikrət sözü səslənsin".
İfaçı, həmçinin yaxın aylarda yaradıcılığını davam etdirəcəyini və televiziya kanallarında görünəcəyini də bildirdi.
DOSTLARINLA PAYLAŞ: