Azərbaycan təmsilçisi Nigar Rzaquliyeva "Miss Cənubi Qafqaz" oldu
12 Dekabr 2009 Şənbə 14:44
Nigar Rzaquliyeva Tiflisdə keçirilən müsabiqənin qalibi olub
Azərbaycan təmsilçisi "Miss Cənubi Qafqaz" yarışmasının qalibi olub. Gürcüstanın paytaxtı Tiflisdə keçirilən beynəlxalq yarışda birinci yeri 18 yaşlı Nigar Rzaquliyeva qazanıb.

Müsabiqədə Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistandan 15 qız iştirak edib. Hər bir ölkəni 5 gözəl təmsil edib.

Qeyd edək ki, daha bir Azərbaycan təmsilçisi - Aleksandra Şevçenko müsabiqəni ikinciliklə başa vurub. Ermənistan nümayəndəsi isə 4-cü olub. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar