Azərbaycan “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi oldu
15 May 2011 Bazar 03:38
Düsseldorf. Ülkər Qasımova – APA. Bu gün Almaniyanın Düsseldorf “Espit Arena”sında 56-cı “Eurovision” yarışmasının final mərhələsi keçirilib.
APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, 25 ölkənin birincilik uğrunda mübarizə apardığı möhtəşəm finalda Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal 43 ölkə arasıdna birincilik qazanıb. MÜsabqiəni Azərbaycan 221 balla qalib gəlib. Müsabiqənin ikincisi İtaliya, üçüncüsü İsveç olub.
Müsabiqədə Böyük Britaniyanı məşhur “Blue” qrupu ”İ can” mahnısı ilə təmsil edib. Final konsertini 24 min tamaşaçı canlı, 125 milyon tamaşaçı isə televiziya ekranından izləyib. Hər il olduğu kimi bu ildə hər ölkə təmsilçisinə öz şousunu nümayiş etdirmək üçün 3 dəqiqə zaman ayrılıb. Almaniyanın ev sahibliyi etdiyi bu yarışmanın final konserti mükəmməl şəkildə hazırlanıb. Almaniyada bu yarışmanı müsabiqənin rəsmi yayımçısı “NDR” kanalı həyata keçirib. Final günü Avropa tamaşaçıları ilk olaraq “Eurovision-2011” müsabiqəsinin aparıcılarının ifalarını eşidiblər. Onlarla birgə səhnəyə isə ötən il müsabiqədə birincilik qazanan və bu ildə ölkəsini bu mötəbər müsabiqədə təmsil edən Lena Mayer çıxıb. O, ötən il Almaniyaya qələbə gətirən “Satellite” mahnısını tam yeni formada Avropa ictimaiyyətinə təqdim edib. Bir çox maraqlı məqamların da yer aldığı final gecəsinin möhtəşəm açılışından sonra son mərhələdə yarışmaq hüququ qazanan 25 ölkə öz şoularını tamaşaçılara nümayiş etdiriblər. Builki müsabiqə “Ürək döyüntüsünü hiss et” şüarı altında keçirilib. Hər il olduğu kimi bu ildə gecənin sonunda ümumi səslərin açıqlanması üçün 43 təmsilçi ölkəyə canlı bağlantı olub. Səslərin açıqlamasına isə “Eurovision” müsabiqəsinin yeni icraçı direktoru Jon Ola Sand start verib. Azərbaycan adından hansı ölkəyə neçə bal verildiyini ötən ilki müsabiqə təmsilçimiz Səfurə Əlizadə Azərbaycan adından Avropa ictimaiyyətini salamlayıb. Azərbaycan təmsilçilərinə Rusiya 12 bal, Niderland 6, Kipr 8, Ukrayna 10, Finlandiya 5, İslandiya 8, Slovakiya 7, Avstriya 8, Polşa 8, İsveç 3, San-Marino 10, Türkiyə 12, İsveçrə 1, Yunanıstan 5, Gürcüstan 8, Fransa 6, Xorvatiya 10, Belarus 6, Belarus 12 balı, Rumıniya 10, Albaniya 8 bal, Malta 12 balı Azərbaycana, İtaliya 8, Macarıstan 7, Litva 8, Bosniya və Hersoqovina 8, İsrail 4, Estoniya 8, Moldova 10, Belçika 3, Latviya 2 bal verib.
Bolqarıstan 12 balı Böyük Britaniyaya, Niderland 12 balını Danimarkaya, İtaliya 12 bal Rumıniyaya, Kip 12 balı Yunanıstana, Ukrayna 12 balı Gürcüstana, Finlandiya 12 balını Macarıstan, Norveç 12 balı Finlandiyaya, Ermənistan 12 balı Ukraynaya, Makedoniya 12 balı Bosniya və Hersoqovina, İslandiya 12 balı Danimarkaya, Slovekiya 12 balı Ukraynaya, Böyük Britaniya 12 balı İrlandiyaya, Danirmaka 12 balı İrlandiya, Avstriya 12 balı Bosniya və Hersoqovina, Polşa 12 balı Litvaya, İsveç 12 balını İrlandiyaya, San-Marino 12 balı İtaliyaya, Almaniya 12 balını Avstriyaya, Azərbaycan 12 balı Ukraynaya, Sloveniya 12 balını Bosniya və Hersoqovina, Türkiyə 12 balını Azərbaycana, İsveçrə 12 balı Bosniya və Hersoqovina, Yunanıstan 12 balı Fransaya, Gürcüstan 12 balı Litvaya, Fransa 12 balı İspaniya, Serbiya 12 balı Bosniya və Hersoqovinaya, Xorvatiya 12 balı Sloveniyaya, Belarus 12 balı Gürcüstan, Rumıniya 12 balı Moldovaya, Albaniya 12 balı İtaliyaya, Malta 12 balı Azərbaycana, İtaliya 12 bal İspaniyaya, Macarıstan 12 balı İslandiyaya, Litva 12 balı Gürcüstana, Bosniya və Hersoqovina 12 bal Yunanıstana, İrlaniya 12 balı Danimarkaya, İspaniya 12 bal İtaliyaya, İsrail 12 bal İsveçə, Estoniya 12 bal İsveç, Belçika 12 balı Fransaya, Latviya 12 balı
Azərbaycan 4 bal Rusiyaya, 8 bal Yunanıstana, 10 bal Gürcüstana, 12 bal Ukraynaya verib. Azərbaycanla yanaşı, bir neçə ölkənin də səslərini “Eurovision”dan tanıdığımız sənətçilər ölkələrinin iştirakçılara göndərdiyi xalları elan edib. Rusiyadan “Eurovision-2008”-in qalibi Dima Bilan, Ukraynadan “Eurovision-2004”-ün qalibi Ruslana, Hollanidyadan “Eurovision-1986”-cı ildə iştirakçısı Mendi Huydts, Gürcüstandan “Eurovision-2010”un iştirakçısı Sofiya Nijaradze, Moldovadan “Eurovision-2008”-ci ilin iştirakçısı Djeta Burlaku və İtaliyanın super ulduzu Rafaqla Karra ölkələrinin səsini Avropaya çatdırıblar.
Azərbaycandan isə ötən ilki “Eurovision-2010” Mahnı müsabiqəsinin təmsilçisi Səfurə Əlizadə Düsseldorfun monitoruna açıqlama verəcək.
Onu da bildirək ki, bir neçə ildir artıq “Eurovision” yarışmasının qalibi 50% münsiflər, 50% isə tamaşaçı səsverməsi nəticəsində seçilir.
Avropa musiqi aləminin ən nüfuzlu mahnı yarışması olan “Eurovision”un möhtəşəm final şousu 50-dən artıq ölkədə yayımlanıb.
DOSTLARINLA PAYLAŞ: