Aysel Teymurzadə yeni mahnı yazıb
10 Fevral 2010 Çərşənbə 14:50
Azərbaycanı “Eurovision-2009” müsabiqəsində təmsil edən və üçüncülük qazanan Aysel Teymurzadə Azərbaycana həsr olunmuş yeni mahnı yazdırıb.
 Bu barədə APA-ya məlumat verən sənətçi bildirib ki, yeni mahnısının adı da elə “Azərbaycan”dır: “Mahnı vətənə sevgidən, vətənpərvərlikdən və ən əsası, Azərbaycanımızdan bəhs edir. Bu mahnını xarici səhnələrdə çıxışlarım zamanı da ifa etmək fikrindəyəm”.

A. Teymurzadə deyib ki, lirik janrda yazılan mahnının bəstəkarı Hüseyn Abdullayev, söz müəllifi isə Cəlal Qurbanovdur. Yaxın vaxtlarda “Azərbaycan” mahnısına klip çəkilməsi nəzərdə tutulur. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar