Aysel Teymurzadə YAP-a üzv olmaq istəyir
03 Fevral 2011 Cümə Axşamı 04:05
Müğənni hakim partiyayanın Nəsimi rayon təşkilatına müraciət edib
2009-cu ildə keçirilən “Eurovision” mahnı yarışmasında 3-cü yerin qalibi Aysel Teymurzadə Yeni Azərbaycan Partiyasına üzv olmaq istəyir. Bu barədə məlumat YAP-ın internet saytında yerləşdirilib. Məlumata görə, müğənni hakim partiyanın Nəsimi rayon təşkilatına YAP-a üzv olmaq üçün müraciət edib.
Xatırladaq ki, bir neçə gün əvvəl daha bir “Eurovision” təmsilçimiz Səfurə Əlizadə də YAP-a üzv olmaq arzusunu açıqlamışdı.
DOSTLARINLA PAYLAŞ: