Aysel Teymurzadə Türkiyədə olub
06 İyul 2009 Bazar Ertəsi 16:45
Azərbaycanlı ifaçı tamaşaçıların istəyi ilə eyni mahnını bir daha təkrar oxuyub

 

Azərbaycanı "Avroviziya-2009" mahnı müsabiqəsinə təmsil edən və müsabiqədə 3-cü yerə layiq görülən Aysel Teymurzadə Türkiyənin İzmir şəhərinin Çeşmə rayonunda keçirilən Benəlxalq Çeşmə Dəniz Şənlikləri Müsabiqəsində qonaq qismində çıxış edib. "İhlas" xəbər agentliyinin məlumatına görə, gözəlliyi və xoş çıxışı ilə hər kəsin rəğbətini qazanan Aysel tamaşaçıların istəyi ilə eyni mahnını bir daha təkrar oxuyub.

Gecədə festivalın qonaq sənətçilərindən "Avroviziya-2009" müsabiqəsində ikinci olan Johanna da üç mahnı səsləndirib. Festivalın sonunda isə səhnəyə meqastar Tarkan çıxıb. Maykl Cekson kimi qara şalvar, qara köynək, qrımızı qalstuk, qırmızı corab geyinən və sol qoluna qırmızı sarğı sarğı bağlayan Tarkan pop musiqisinin kralının şərəfinə "Unutmamalı" mahnısını oxuyub. "Maykl çox böyük bir ad idi. Mahnıları da, özü də unudulmayacaq, unudulmamalıdır" deyə Tarkan bildirib./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar