Aysel Teymurzadə pərəstişkarlarına sürpriz edib
30 Dekabr 2009 Çərşənbə 11:30
“Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edərək üçüncülük qazanan Aysel Teymurzadə pərəstişkarlarına Yeni il hədiyyəsi edib.
Müğənninin APA-ya verdiyi məlumata görə, uzun müddətdir, üzərində işlədiyi yeni mahnısını məhz bayram ərəfəsində dinləyicilərin ixtiyarına verib: “Mənim yeni mahnımı çox gözlədilər. Pərəstişkarlarım bayram ərəfəsində artıq yeni “Fallin” mahnımı dinləyə bilərlər”.
A. Teymurzadə qeyd edib ki, mahnının müəllifləri onun “Eurovision-2009” müsabiqəsində duet ortağı olmuş Araş və britaniyalı musiqiçi Adamdır. Mahnını sənətçinin isveçli prodüseri, musiqiçi Robert Ulman aranjeman edib. Aysel bildirib ki, “Fallin” (“Aşiq olmaq”) lirik mahnıdır, sevgidən bəhs edir: “Bu mahnı mənim arzularımı ifadə edir. Bayram ərəfəsində hər birinizə hər zaman sevməyi və sevilməyi arzu edirəm”.
Qeyd edək ki, Aysel Teymurzadənin mahnısı artıq bir çox internet saytında yerləşdirilib. APA
DOSTLARINLA PAYLAŞ: