Aysel Teymurzadə futbol azarkeşi imiş
20 May 2010 Cümə Axşamı 12:20
Müğənni Aysel Teymurzadəyə bu həvəs atasından keçib.
AFFA-nın Sumqayıt şəhərində keçirilmiş “Top Festivalı” təşkil edib. Tədbirə müğənni Aysel Teymurzadə də qatılaraq iştirakçıların zövqünü oxşayan mahnılar ifa edib.

Mərasimin sonunda Aysel Teymurzadə affavideo.az saytına müsahibə verib: “Futbola böyük marağım var. Bu da səbəbsiz deyil. Atam futbol azarkeşi olub. Evdə televizorda çoxlu futbola baxmışam”.

Xatırladaq ki, “Top Festivalı”nın qalibi adını Tural Bayramlı qazanıb. 2-ci yeri Ramil Orucov, 3-cü yeri isə Ülvi Bayramlı tutub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar