Aysel Alizade: Maşınımı çörek sataraq almışam
16 Avqust 2013 Cümə 14:27
Müğənni Aysel Alizade şexsi biznesinden qazandığı pulları senetine xerclediyini deyib.
Müğənni Aysel Əlizadə şəxsi biznesindən qazandığı pulları sənətinə xərcləyir. Axşam.az-ın məlumatına görə, ifaçı “ATV Maqazin” dərgisinə açıqlamasında çörək satmaqla məşğul olduğunu deyib.

O, hətta yeni “Porsche” markalı avtomobilini də oradan qazandığı pullarla aldığını bildirib:

“Bizdə sponsor anlayışı yaxşı qarşılanmır. Halbuki, dünyaca məşhur ulduzlar məhz bu yolla pul qazanırlar. Bu gün bizim tamaşaçılar o qədər tələbkar olublar ki, hər müğənnini, hər ifanı qəbul etmirlər. Odur ki, müğənni özünü sevdirməyi bacarmalıdır. Buna da maddiyyat lazımdır. Mənim şəxsi biznesim var. Necə deyərlər, çörəyim çörəkdən çıxır. Konservatoriyaya hazırlaşdığım iki il müddətində şəxsi biznesimi qurdum. Alman çörəkləri ilə bağlı işdir, onların satışı ilə məşğulam. Ordan gələn qazancımı sənətimə yönəldirəm. Ən bahalı avtomobillərdən birini sürürəm. Onu da bu qazancımla almışam. İstəyinə nail olmağı bacaran insanam”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar