Aynur Dadaşova fəxri ad istəyir
24 Dekabr 2009 Cümə Axşamı 22:00
Müğənni Aynur Dadaşova unudulmaqdan gileylidir.
Fəxri ad almaq istəyən müğənnilərin siyahısı günü-gündən artır. ANS PRESS-ə bu gün açıqlama verən müğənni Aynur Dadaşova da fəxri ad almaq arzusundadır. İfaçı bildirib ki, o, uşaqlıqdan oxuyur. Lakin buna əhəmiyyət verən yoxdur.

“Məni tanıyanlar bilir ki, Aynur Dövlət Televiziyası ilə nümayiş etdirilən 7-17 yarışmasında 11 yaşında olarkən səhnəyə çıxıb. Haqsızlıqlardan bezmişəm. Həmkarlarım kimi mən də dəfərlərlə dövlət tədbirlərində iştirak etmişəm. İnsanların zəhmətinə dəyər verilmədikdə onlar həvəsdən düşür. Məndən sonra səhnəyə gələn müğənnilər əməkdar, xalq artistidirlər. Axı niyə bizi unudurlar”, - deyə o əlavə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar