Sənətçi Aynur Dadaşova sənəti birdəfəlik tərk etdi.
Səhnələrdən, efirlərdən uzaq düşən müğənni Aynur Dadaşovadan xəbərlər var. ANS PRESS-in məlumatına görə, populyarlığın zirvəsini 12 yaşından fəth etməyi bacaran ifaçı öz mahnısında dediyi kimi bir daha dönməyəcək. 20 ilə yaxın sənətdə olan Aynurun sənəti birdəfəlik tərk etdiyi deyilir. Deyilənlərə görə, sənətçinin həyat yoldaşı onun efirlərə çıxmasına, toylara getməsinə, ümumiyyətlə səhnəyə çıxmasına qadağa qoyub.
Yaxınları ərini həddindən artıq çox sevən sənətçinin həyat yoldaşının bu qadağalarına canla-başla əməl etdiyini deyirlər və həyatını ailəsinə həsr edib. 9 yaşında Elşad adlı bir oğlu olan Aynur Dadaşova yenidən ana olmaq arzusu ilə yaşayır.