Aygün xanımın qızı Eurovision-2011-də yarımfinala çıxdı
25 Dekabr 2010 Şənbə 01:30
Münsiflərin təklifi ilə ikinci yeri tutan Eldar Qasımov da yarımfinala buraxılıb
“Eurovision 2011” milli seçim turlarının altıncı həftəsinin yarımfinalçısının adı məlum oluç. Müğənni İlqarə İbrahimova finala vəsiqə qazanan 8 iştirakçıdan yeddinci olub. 50% peşəkar münsiflərin və 50% tamaşaçıların səsverməsinin nəticələrinə görə, o, 12 xal toplayıb. Qeyd edək ki, İlqarə İbrahimova Xalq artisti Aygün Kazımovanın qızıdır.

Bu həftə başqalarından fərqlənib. İkinci yeri tutan və 10 xal toplayan Eldar Qasımov da münsiflərin təklifi ilə yarımfinala vəsiqə qazanıb. Beləliklə, “Eurovision-2011” Milli Seçim turlarının 6-cı həftəsi geridə qalsa da, yarımfinalda nəzərdə tutulduğu kimi 7 yox, 9 nəfər mübarizə aparacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar