Aygün Kazımovanın ürəyi soyumur
05 Aprel 2011 Çərşənbə Axşamı 16:43
Müğənni şəxsən qızından üzr istənməsini istəyir
Xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimovanın sosial şəbəkələrdə yayılan qalmaqallı görüntülərindəki qarşı tərəfin Azərbaycan qadınlarından üzr istəməsi müğənninin ürəyini soyutmayıb. Bu barədə xalq artisti ANS TV-nin efirində video ilə bağlı adı hallananlardan biri - Orxan Nəsirovla telefonla danışarkən bildirib.

Kamera qarşısında həyata keçirilən telefon danışığı zamanı xalq artisti bildirib ki, Orxanın Azərbaycan qadınından deyil, məhz İlqarədən üzr istəməlidir. Bunu da onunla əsaslandırıb ki, onların videoya cəkib internet səhifələrinə yerləşdirdiyi Azərbaycan qadınları yox, məhz İlqarədir. Bu səbəbdən də fərdi olaraq İlqarədən üzr istəmək lazımdır.

Telefon danışığı zamanı müğənni Orxana bildirib ki, “Bizim əvvəlcədən razılaşmamıza görə, siz İlqarədən üzr istəməli idiniz. Amma, nədənsə ANS-in efirinə çıxanda qızımın adı yadınızdan çıxdı”.

Buna cavab olaraq isə Orxan bildirib ki, “Siz (Aygün Kazımova) bizə dediniz ki, bu, bütün Azərbaycan xanımlarına qarşı biabırçılıqdır. Üzr istəyərsiniz. Mən də istədim. Məgər, İlqarə Azərbaycan qadını deyil?”.

Artıq A.Kazımova məsələ ilə bağlı məhkəməyə müraciət edib.

Xatırladaq ki, xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimovanın sosial şəbəkələrdə qalmaqallı görüntülərindəki qarşı tərəf, hazırda Türkiyədə müalicə alan Orxan Nəsirov ANS TV vasitəsilə Azərbaycan xanımlarından üzr istəyib.

“Bu əlbəttə ki, yaxşı olmadı. Gərək olmayaydı. Biz neçə il bir yerdə oxumuşuq, gəzmişik. Bu videonun yayıldığına görə, belə bir formaya gəlib çatdığına görə və buna baxan Azərbaycan xanımlarından üzr istəyirik”, deyə O. Nəsirov bildirib.

Görüntülərin yayılması ilə bağlı keçirdiyi əsəb gərginliyinə dözməyən xalq artistinin qızı İlqarə isə Vətənini tərk edərək Moskvaya gedib. O, bu addımını Azərbaycanda yaşaya bilməməsi ilə əlaqələndirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar