Aygün Kazımov: Röyanın pis ceheti etrafında olan insanların telesine düşmesidir.
Düşmən münasibətdə olan sənətçilər Aygün Kazımova və Röya barışacaqlar. ANS PRESS-in məlumatına görə, ATV-nin "10lar" proqramı son buraxılışında, "Tezliklə Aygün Kazımova və Röya 100% "10lar"da barışacaqlar" - deyərək bu hadisəni anons ediblər.
Beləki, Dj Kazımın aparıcılıq etdiyi "Muleyli" radio - şousunda mövzu Röya Ayxan olub. Proqramla telefon bağlantısı yaradan Aygün Kazımova düşmən həmkarını müzakirə etməkdən çəkinməyib.
Kazımova Röyanın pis və yaxşı xüsusiyyətlərindən danışıb: "Röyanın pis cəhəti ətrafında olan insanların tələsinə düşməsidir. Bu bizim ikimizi də pis cəhətidir. Müsbət cəhəti odur ki, sənətini sevən və çox çalışqan biridir."