Aygün Kazımova reanimasiyadadır
30 İyul 2010 Cümə 20:20
Xalq artisti Aygün Kazımova bu gün təcili cərrahiyyə əməliyyatı keçirib.
Azərbaycanın xalq artisti Aygün Kazımova bu gün cərrahiyyə əməliyyatı keçirib. Məlumata görə, Dünən Aygün Kazımova Qubada istirahətdə olub. Onun həmin vaxt özünü yaxşı hiss etdiyi bildirilir. Lakin sonradan səhhətində dəyişiklik baş verən müğənni Bakıya qayıdıb. Bu gün səhər saatlarında isə onu paytaxtdakı klinikalardan birində təcili əməliyyat ediblər.

A.Kazımova hazırda reanimasiyadadır.

Özünə gəldikdən sonra müğənninin özünün açıqlama verəcəyi gözlənilir.

Milli.Az xəbər portalının əldə etdiyi məlumata görə, müğənni "Celamik" klinikasında yatır. Xalq artistini xaricdən gələn mütəxəssislər əməliyyat edirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar