Aygün Kazımova özünə it alıb
08 Aprel 2009 Çərşənbə 13:38
Müğənni Moskvadan aldığı itin hər iki valideyni dünya çempionudur.
Xalq artisti Aygün Kazımova Moskvadan özünə it alıb. Dörd aylıq itin adı Prinsesadır. Müğənni onu almaq üçün 2000 (iki min) Amerika dolları ödəyib. Xalq artisti Show.az-a bildirib ki, Prinsesanın 5000 (beş min) dollarlıq qarderobu var. Svarovski daşlarla bəzədilmiş geyimlər, idman, istirahət geyimləri, ayaqqabılar, corablar və saç broşları onun qarderobuna daxildir. Həmçinin, Prinsesanın xüsusi tualeti, parfümləri var. İtin təyyarəyə, restorana və beş ulduz otelə getməyə icazəni təsdiqləyən pasportu var. Aygün Kazımova Prinsesanı özü ilə bütün çəkilişlərə, tədbirlərə apardığından, itin gərgin qrafiki ona pis təsir etməsin deyə, anti stress dərmanları verilir. Ötən ilin 27 noyabrında Moskvada doğulan və cinsi Yorkşir periyer olan prinsesanın hər iki valideyni dünya çempionudur. Anası – Yalvina Yanje (qeydiyyat nömrəsi – RKF 2059385), atası – Mini Şop Tamaqoçidir (qeydiyyat nömrəsi – RKF 2072185). Prinsesanın üstündə nəslinin seriyasını əks etdirən xüsusi döymə var. İt bu vaxtadək, sonucusu fevralın 28-də olmaqla, iki dəfə peyvənd olunub. Martın sonunda isə sonuncu həkim müayinəsindən keçib.
Xalq artisti Aygün Kazımova Show.az-a deyib ki, heyvanlara qarşı olduqca həssasdır. Bundan əvvəl onun iti, meymunu olub. Qızı İlqarənin də çoxdan belə bir arzusu olduğunu deyən müğənni, nəhayət, Prinsesanı alımaq qərarına gəlib.
DOSTLARINLA PAYLAŞ: