Aygün Kazımova Nabran konsertini təxirə saldı
05 Avqust 2014 Çərşənbə Axşamı 10:52
Xalq artisti Aygün Kazımova nın avqustun 22-də Nabranda keçirilməsi planlaşdırılan konserti təxirə salınıb.
ANS PRESS-in məlumatına görə, bu barədə konsertin təşkilatçısı tanınmış prodüser Tarix Əliyev (Tolik) bildirib.

O, “Instagram” səhifəsində yazıb ki, Azərbaycanın 13 əsgərinin şəhid olduğu bir ərəfədə konsert etmək fikrində deyillər:

“Aygün Kazımovanın Nabranda, 22 avqust tarixində təyin etdiyi konserti təxirə salıram. Son günlər Azərbaycanın mərd, igid oğullarının şəhid olması tək öz ailələri üçün deyil, bu torpaqda gəzən hər bir vətəndaşın uğrunda olub. Mən bəziləri kimi pula görə insanların gözündən düşə bilmərəm. Çünki bizi bu səviyyəyə qaldıran xalqdır. Yaxınımız öləndə hansı qohum-əqraba toya gedir?! Heç kim! Ona görə də bəzi şeyləri istisna etməklə (işimlə əlaqədar) şəhidlərimizin qırxı çıxmayana qədər heç bir təşkilatçılıq işi etməyəcəyəm”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar