Aygün Kazımova: İlhamə Quliyeva Azərbaycan qadınının adına ləkə gətirir
26 İyun 2013 Çərşənbə 10:07
Xalq artisti həmkarı haqqında sosial şəbəkədə inanılmaz sözlər yazıb.
Xalq artisti Aygün Kazımova “İnstaqram” sosial şəbəkəsindəki profilində İlhamə Quliyeva haqda inanılmaz sözlər yazıb. ANS PRESS-in "axşam.az"a istinadfla verdiyi məlumata görə, sənətçi xalq artistini Azərbaycan qadınının adına ləkə gətirməkdə ittiham edib.
Aygün Kazımovanın yazdığı fikirləri olduğu kimi təqdim edirik: “Azərbaycan qadını, Azərbaycan sənətçisi adına ləkə gətirən yeganə və tək namizəd sizsiniz İlhamə Quliyeva”.
Xatırladaq ki, bir neçə gün əvvəl mətbuatda açıqlamasında İlhamə Quliyeva Aygün Kazımova və Brilliant Dadaşovanın ünvanına bunları demişdi:
“Bu biabırçılığın qarşısı təcili şəkildə alınmalıdır. Bir iki nəfər cəzalandırılmalıdır ki, başqalarına da dərs olsun. Brilliant Dadaşova deyir ki, “yekə arvaddır” getsin öz işi ilə məşğul olsun. Guya özü uşaqdır? Ayıbdır ümumiyyətlə, “yekə arvad” sözünü ağıza almaq. Yaxud Aygün Kazımova, bu nə hərəkətlərdir edir? Axı bu adamların hər ikisinə dövlət ən yüksək fəxri ad verib. Heç olmasa bu ada hörmət eləsinlər. Müğənninin ağzına xiyar alması, bu görüntünü başqa bir müğənninin yaymasının mənası nədir? Bu nə tərbiyəsizlikdir axı? Belələrindən fəxri ad alınmalıdır ki, digərlərin də görk olsun”.
DOSTLARINLA PAYLAŞ: