Aygün Kazımova ilə Samir Bağırov vaxtilə aşiq-məşuq olublar
18 Yanvar 2013 Cümə 20:25
Samir Bağırovun yaxın dostu: "Samirlə Aygün bir-birlərini dəhşət dərəcədə sevirdilər"
"Samir Bağırov evlənsəydi, bunu mətbuata özü xəbər verərdi. Onun evlənmək fikri yoxdur". Müğənninin köməkçisi və yaxın dostu stilist Samir az öncə müğənninin evlənəcəyi barədə mətbuatda gedən xəbərlərin yalan olduğunu deyib.

Publika.Az xəbər verir ki, o, eyni zamanda sənətçi dostunun həyatı barədə şok açıqlamalar verib: "Mən bir dəfə Samirə sual verdim ki, özündə qadınlara qarşı meyl hiss edirsən? Cavab verdi ki, həyatımda iki qadını görəndə kişi olduğumu hiss etmişəm; onlardan biri xalq artisti Aygün Kazımovadır, biri də gəncliyimdə sevdiyim qız. Hansı ki, həmin qız sonradan dünyasını dəyişdi və xoşbəxtlikləri yarıda qırıldı. Bəli, Samirlə Aygün bir-birlərini dəhşət dərəcədə sevirdilər. Onda heç Namiq Qaraçuxurlu ortada yox idi. Samir deyir ki, Aygünlə olanda özünü xoşbəxt hiss edirmiş. Amma Aygünün hədsiz qısqanclığı bu sevgini yarımçıq qoyub”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar