Orxan Babazadə: Biri evini satıb, digəri isə bağını.
“Aygün Kazımova ilə Röyaya baxanda gülməyim gəlir." Biznesmen - müğənni Orxan Babazadə belə düşünür.
Orxan Babazadə ANS PRESS-ə açıqlamasında çox iddialı danışdı: "Ətək-ətək pul xərcləyib dəridən qabıqdan çıxıblar. Hətta bildiyimə görə biri evini satıb, digəri isə bağını. Həftə səkkiz, mən doqquz Türkiyənin yolunu ağardıblar. Amma nə fayda? Gördükləri iş sıfıra bərabərdir. İş görən mənim kimi olar. Dedim və dediyimə də əməl etdim. Türkiyənin sənət babası hesab edilən əfsanəvi sənətkar Orxan Gəncəbaydan türk şou-biznesinə qatılmaq üçün halallıq da aldım. Bizim özlərini nömrə bir sayan ulduzlar kimi yalandan yox, həqiqi görüşdüm. Orxan Gəncəbayla görüşmək mənim uşaqlıq arzum idi. Bizi evinə qonaq dəvət etdi. Bir xeyli söhbətləşdik. İllərini sənətə vermiş çox kübar bir təbəqənin nümayəndəsidir. İnşallah Orxan Gəncəbayın repertuarından yaxın günlərdə bir mahnı da oxuyacagam”.
İfaçı onu da bildirib ki, təkcə Orxan Gəncəbayla deyil, digər türk məhşurları ilə də görüşüb: “Adlarını hələlik açıqlamaq istəmirəm. Zamanla özünüz buna şahid olacaqsınız. Bircə onu deyə bilərəm ki müğənnilikdən əlavə aktyor kimi də özümü sınayacam. Amma yerli seriallarda yox türk seriallarında” - deyə Babazadə ələvə edib.