Aygün Kazımova: Hər şey açıqlamışam, əcəb eləmişəm
02 İyun 2013 Bazar 15:16
“Məni küsdürmək, ruhdan salmaq istəyirlər”
ANS PRESS xalq artisti Aygün Kazımovanın APA-ya müsahibəsini təqdim edir:

- Son vaxtlar mətbuatda Qarabağda döyüşməyinizlə bağlı yayılan xəbərlərə münasibətiniz necədi? Nurəddin Xoca ilə münasibətləriniz barədə yazıldı. Onun sizin haqınızda dedikləri nə qədər həqiqətə uyğundur?

- Düzünü desəm, o vaxtdan döyüşçü dostlarımla əlaqəm yox idi. Məni ölümdən qurtaran cəbhə dostum İbraşkanın ölüm xəbərindən çox sarsıldım. Məni ləkələmək məqsədi ilə çıxan yazılardan sonra salamat qalan döyüşçü dostlarımı tapdım. Onlarla qürur duyuram! Yenə də məni qorudular. Amma bu dəfə ermənilərdən yox, özümüzünkülərdən.

- Son vaxtlar ölkəni tərk etməyinizlə bağlı xəbərlər yayılıb. Getməyinizin əsas səbəbi nədir? Həm də sosial şəbəkədə Sizi intihar dərəcəsinə gətirən səbəblər olduğunu yazmışdınız...

- Hara getsəm də, Vətənim mənim içimdədir. Azərbaycan mənim vətənimdir. Vətənim mənim Allahımdır, anamdır, balamdır, musiqimdir, nəfəsimdir, sənətimdir və nəhayət, özüməm, mənliyimdir. Vətəni cismən tərk edirəm, ruhən yox. Məni küsdürmək, ruhdan salmaq istəyirlər. Amma ayla günə birinci gərək əlləri çatsın ki, nəsə edə bilsinlər.

- Zülfiyyə Xanbabayeva və Brilliant Dadaşova ilə münasibətləriniz niyə pozulub?

- Mən o səhifəni oxudum kədərləndim, çevirdim. Bu mənim üçün xoşagəlməz bir xatirədir. Bu qədər.

- Snoop Dog ilə klipiniz nə zaman təqdim olunacaq? İşbirliyiniz davam edirmi?

- Layihənin tamamlanmağına bir şey qalmayıb. Bütün komanda çox həyəcanlıdır. Bircə bu günün problemi odur ki, mən vətənimdə yasaq olan, yəni layihə çıxana qədər gizli qalmalı xəbərləri mediaya açıqlamışam. Şəkillərimizi göstərmişəm. Mahnının adını demişəm. Konsert gününü və turnemizi açıqlamışam. Artıq işlər tamamlanıb. Bircə iyulun 6-da çıxışımız və turnemizin aqibəti böyük sual altındadır. Bəlkə də çətin inanarsınız, amma mənim heç vecimə də deyil. Heç çıxmaram da onunla turneyə. Lap belə minnəti olsun! Hər şey açıqlamışam, əcəb eləmişəm!

Həmvətənlərimi nə qədər intizarda saxlamalı idim ki? İstəyir lap Snoop yox, kim olur olsun. Qurban olsunlar mənim həmvətənlərimə. Çıxmaram onunla turneyə. Heç olmasın. Dünya dağılmayacq ki? Onsuz da mən dünyanı turnedən qabaq öz layihəmlə dağıdacam. Dünya hitimlə. "Coffee From Columbia" ilə. Daha dağılmışın nəyi bir də dağılacaq ki?


DOSTLARINLA PAYLAŞ:

oyunlar