Aygün Kazımova Erkan Özermanın qarşısına şərt qoyub
04 Sentyabr 2010 Şənbə 16:45
Xalq artisti Aygün Kazımova 3-cü dəfə "Best Model of Azerbaijan"nın prezidenti olmaq istəyir.
Xalq artisti Aygün Kazımovanın "Best Model of Azerbaijan - 2010" model yarışmasına prezidentlik edəcəyi hələ dəqiqləşməyib. Üçüncü dəfə ev sahibliyini üzərinə götürməyi düşünən xalq artisti ANS PRESS-ə açıqlamasında hələ "Best Model of the World" yarışmasının prezidenti Erkan Özermanla danışıqlar aparıldığını bildirib: "Mən də bəzi şərtlər irəli sürmüşəm. Əgər qarşılıqlı razılaşma əldə etsək bu iş baş tutacaq."

Qeyd edək ki, builki tədbir "Best Model of the World" yarışmasının Azərbaycanda ilk təşkilatçısı, ötən ilin noyabr ayında vəfat etmiş Nahid Kabakçının xatirəsinə həsr olunacaq.

Xatırladaq ki, Aygün Kazımova 2002 və 2006-cı illərdə “Best Model of the World” model yarışmasının prezidenti olub. Ayrı-ayrı illərdə isə Azərbaycanda keçirilən bu yarışmaya Lyubov Kutrova, Validə Abbasova və Ruhi rəhbərlik ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar