Aygün Kazımova ərə gedir?
19 İyul 2012 Cümə Axşamı 17:57
Aygün Kazımova ərə gedir? Müğənninin qızı İlqarə anasının toyuna etiraz etmir.
Azərbaycanın xalq artisti Aygün Kazımovanın ərə getməsi barədə xəbərlər interneti "partladıb". "Olaylar" yazıb ki, Aygün Kazımovanın seçiminin türkiyəli yaradıcı bir insan olduğu vurğulanır. Müğənni də toyqabağı xüsusi pəhriz saxlayır. Kazımovanın yaxın günlərdə bu barədə açıqlama verəcəyi gözlənilir.

Qəzetin yazdığına görə, müğənninin qızı İlqarə anasının toyuna etiraz etmir.
"Bilmirəm, bu xəbərlər haradan çıxıb? Özüm bu barədə bu gün internetdən öyrənmişəm. İndi də bununla bağlı telefonuma xeyli zəng gəlir. Amma, inanın, indi mənə bu lazım deyil, çünki mən hələlik öz layihələrimin "arvadıyam" və yalnız onlarla məşğulam. Nə vaxt ərə getsəm, o vaxt bu xəbəri şəxsən özümdən öyrənəcəksiniz", - deyə müğənni bildirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar