Aygün Kazımova dodağındakı silikonları çıxardıb
09 Avqust 2010 Bazar Ertəsi 18:55
Estetik əməliyyat keçirən xalq artisti Aygün Kazımovanı tanımaq mümkün deyil.
Xalq artisti Aygün Kazımova gözəlliyinə xələl gətirən dodaqlarındakı silikonlardan xilas olub. ANS PRESS-in məlumatına görə, xalq artisti növbəti dəfə üzündə estetik əməliyyat etdirib. Gözünün üstündəki artıq dərini götüzdürən və üzünü dartdıraraq daha da gözəlləşən Aygün Kazımovanı hazırda tanımaq mümkün deyil. Belə ki, əməliyyatlar ərəfəsində normal qidalanmayan müğənninin çəkisində də azalma hiss olunur.

Əməliyyat xaricdən çağırılmış həkimlər tərəfindən paytaxtdakı özəl klinikaların birində həyata keçirilib. Aygün Kazımova klinikada cəmi bir gün qaldıqdan sonra evə buraxılıb.

Xatırladaq ki, həkimlər dəfələrlə estetik cərrahiyə əməliyyatlar keçirən sənətçiyə bir daha əməliyyat etdirməməyi məsləhət görmüşdülər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar