Aygün Kazımova canlı yayımda yıxıldı?
09 Mart 2011 Çərşənbə 18:11
Aygün Kazımovanın əyləşmək istədiyi stul gözlənilmədən sürüşüb
Xalq artistləri Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova və Aygün Kazımova 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq yerli telekanallardan birinin qonağı olublar. Canlı yayımda maraqlı söhbətlər edib, yaradıcılıq yeniliklərindən söz açan sənətçi xanımlar öz repertuarlarından mahnı ifa etməyi də unutmayıblar.

B.Dadaşovanın "Vokaliz"ini birgə rəqs edən sənətçi xanımlar canlı yayımda qol açıb oynayıblar. Daha sonra yerinə əyləşmək istəyən Aygün Kazımova yıxılmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə ki, yerinə əyləşmək istədiyi stul gözlənilmədən sürüşüb. Son anda Brilliant Dadaşovayla, Zülfiyyə Xanbabayeva rəfiqələrinin qolundan tutub, onu yıxılmağa qoymayıblar.

Proqram zamanı diqqəti çəkən məqamlardan biri də xalq artistlərinin birlikdə yeni layihə hazırlaması ilə bağlı məlumat vermələri olub. Zülfiyyə xanım ideyanın tanınmış stilist Dimaya məxsus olduğunu deyib. Müğənnilərin birgə ifa edəcəkləri mahnı artıq hazırdır. Mahnıya yaxın günlərdə klip çəkiləcək, fotossesiya ediləcək. 2011-ci ilin sonunda isə Aygün Kazımova, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva birlikdə konsert proqramı ilə çıxış edəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar