Aygün Kazımova Ajda Pekkana mesaj göndərdi...
22 İyul 2011 Cümə 12:24
Aygün Kazımova: "O,mahnıya Ajda kimi yanaşıb".
Xalq artisti Aygün Kazımova Türkiyənin superstarı Ajda Pekkanın "Yenə tək" mahnısına müraciət etməsinə münasibət bildirib. Xalq artisti ANS PRESS-ə açıqlamasında superstarın onun repertuarından mahnı oxumasına çox sevindiyini bildirib: " "Yenə tək"in Ajda Pekkan tərəfindən ifa olunması məni çox sevindirdi. O, mahnıya Ajda kimi yanaşıb."

Xalq artisti bir çox türk sənətçilərinin mahnılarımıza müraciət edərkən anonim təqdim etməsinə də münasibət bildirib: "Bir çox türk müğənniləri bizim mahnılarımızı ifa edib müəlliflərinin adını açıqlamır. Ancaq Ajda Pekkan son albomunda yer alan "Yenə tək" mahnısının müəlliflərinin anonim olmayaraq göstərilməsi ilə bir daha əsl peşəkar olmasını sübut etdi." ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar