Aygün Kazımova 70 min avroluq klip çəkdirəcək
22 Avqust 2011 Bazar Ertəsi 11:14
Aygün Kazımova 70 min avroluq klip çəkdirəcək


Bakı. Ülkər Qasımova – APA. Hazırda Türkiyənin istirahət mərkəzlərindən biri Bodrumda istirahət edən xalq artisti Aygün Kazımova yaradıcılıq planları da qurur. Gələn həftə Bakıya qayıdacaq müğənni yeni klipinin çəkilişinə başlamaq qərarına gəlib. Müğənninin prodüseri Ülvi Hadıyevin APA-ya verdiyi məlumata görə, musiqisi Sevinc Tağıyevaya məxsus olan “Düşün məni” adlı mahnıya klipi Türkiyədən gələn 22 nəfərlik peşəkar heyət lentə alacaq. Avqustun sonunda Bakıya gələcək heyət bütün avadanlıqları Türkiyədən gətirəcək.

Klip 5 müxtəlif kamera ilə fərqli məkanlarda çəkiləcək. Çəkilişlər 4 gün fasiləsiz davam edəcək və təqdimatı-tanıdılması Türkiyədə aparılacaq. Bu iş üçün ümumilikdə 70 min avro xərclənəcək. Klip Aygün Kazımovanın istəyi və arzusu ilə Azərbaycanın tanıtımı mövzusunda olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar