Aygün Kazımova 6 saat narkozda qalıb
13 Dekabr 2010 Bazar Ertəsi 11:30
Xalq artisti dodaqlarını və sinəsini korreksiya edib
Ötən həftə növbəti dəfə plastik cərrahiyyə əməliyyatı olunan xalq artisti Aygün Kazımova 6 saat narkozda qalıb. Moskvadan dəvət olunmuş azərbaycanlı plastik cərrah xalq artistinin sinəsini və dodaqlarını korreksiya edib.

Əməliyyatdan bir neçə saat sonra evinə gedən xalq artisti yalnız bir həftədən sonra özünü yaxşı hiss edib. İlk getdiyi məkan isə tanınmış mağaza olub. Aygün Kazımova artıq efirlərdə də görünməyə başlayıb. Amma xalq artistinin hələ də özünü yetərincə yaxşı hiss etmədiyi hiss olunub. Bu gün start veriləcək "Maşın" realiti-şounun iştirakçısı olacaq Aygün Kazımovanın əməliyyatdab sonra mübarizəyə necə davam gətirəcəyi maraqlıdır. Hər halda, xalq artistinə uğurlar arzulayırıq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar